logo

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin
Heydər Əliyev adına Akademiyası

26 Fevral 2021, 15:00

Xocalı soyqırımı heç vaxt unudulmayacaq

DTX-nin Heydər Əliyev adına Akademiyasında 2021-ci il fevralın 26-da Xocalı soyqırımının 29-cu ildönümə həsr olunmuş anım mərasimi keçirilmişdir.

Akademiyanın foyesində kursant və əməkdaşların mövzuya aid çəkdikləri rəsmlərdən, qətliamı əks etdirən arxiv foto materiallardan və Xocalı soyqırımı haqqında müxtəlif illərdə nəşr edilmiş kitablardan ibarət təşkil olunmuş sərgi maraqla qarşılanmışdır. Burada quraşdırılmış monitorda isə soydaşlarımıza qarşı törədilmiş soyqırımından və qətliamlardan bəhs edən videoçarx nümayiş etdirilmişdir.

Pandemiya ilə bağlı qaydalara riayət olunmaqla keçirilən anım tədbirində kursantlar Xocalı soyqırımına və 44 günlük Vətən müharibəsində qələbəyə həsr etdikləri şeirlərindən ibarət kompozisiya ilə çıxış etmişlər.

Sonda Akademiya rəisi Xocalı soyqırımı barədə qısa məlumat vermiş, sərginin və kompozisiyanın təşkilatçılarına təşəkkürünü bildirmişdir.