logo

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin
Heydər Əliyev adına Akademiyası

10 May 2022, 18:00

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə DTX-nin Heydər Əliyev adına Akademiyasında silsilə tədbirlər keçirilmişdir

May ayının 6-da Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasında (Akademiya) xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Akademiya rəhbərliyi və kursantlarının Azərbaycan təhlükəsizlik orqanlarının və I Qarabağ müharibəsinin veteranı ehtiyatda olan polkovnik Azər Qarayevlə görüşü keçirilmişdir.
İlk olaraq Akademiyanın “Şöhrət” muzeyində tədbir iştirakçılarına Ulu Öndərin Azərbaycan təhlükəsizlik orqanlarındakı fəaliyyəti barədə məlumat verilmiş, onlar əbədiyaşar lider Heydər Əliyevin mənalı ömür yolunu əks etdirən fotostendlərlə və digər eksponatlarla yaxından tanış olmuşlar. Bunun ardınca Ümummilli Liderin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
Tədbirin davamında əvvəlcə Akademiya rəisinin müavini general-mayor Fəxrəddin Təhməzov, ardınca isə qonaq ulu öndər Heydər Əliyevin Azərbaycan tarixindəki misilsiz xidmətlərindən, o cümlədən Azərbaycan təhlükəsizlik orqanlarında keçdiyi şərəfli yol haqqında görüş iştirakçılarına məlumat verərək, Ümummilli Liderlə bağlı xatirlərini bölüşmüşlər.
Görüşün sonunda iştirakçılara “Xilaskar ömrü” adlı sənədli film nümayiş etdirilmişdir.
Həmçinin may ayının 7-i və 10-u tarixlərində Akademiyanın “Şöhrət” muzeyini Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, Bakı şəhəri 20 nömrəli məktəb-liseyin kollektivləri və Abşeron rayonunun məktəbliləri ziyarət etmişlər. Ziyarətçilər muzeyin eksponatları və stendlərdə yeləşdirilmiş unikal sənədlər, arxiv materialları, ümummilli lider Heydər Əliyevin həyatının 25 ilini həsr etdiyi dövlət təhlükəsizlik orqanlarındakı iş dövrünü əks etdirən, onun şəxsən həyata keçirdiyi və peşəkarlıq nümunəsi sayılan əməliyyatlar haqqında məlumatlarla tanış olmuşlar.
May ayının 10-da Akademiya rəisi və müavinləri dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar Ulu Öndərin “Şöhrət” muzeyinin qarşısında ucaldılmış abidəsini ziyarət edərək abidə önünə tər güllər düzmüş və Ulu Öndərin əziz xatirəsinə öz dərin ehtiramlarını bildirmişlər.