logo

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin
Heydər Əliyev adına Akademiyası

Sual-Cavab

Akademiyada xarici dillər də tədris olunurmu?

Akademiyada əməliyyat, hüquq və informasiya təhlükəsizliyi sahələrində fənlərin tədrisi diqqət mərkəzində saxlanılmaqla müxtəlif xarici dillərin öyrənilməsinə xüsusi yer verilir.

Akademiyada hansı ixtisaslar üzrə qəbul həyata keçirilir?

Akademiyada kursantlara ali bakalavr təhsili verən "Əməliyyat işçilərinin hazırlanması" və "İnformasiya təhlükəsizliyi" fakültələrinə qəbul "Hüquqşünaslıq", "Dövlət təhlükəsizliyi və idarəetmə" və "İnformasiya təhlükəsizliyi" ixtisasları üzrə həyata keçirilir.

Akademiyaya qəbul olunan kursantlar nə ilə təmin olunurlar?

Akademiyaya qəbul olunan kursantlar tam dövlət təminatına götürülür, hərbi geyim forması, gündəlik yemək və yüksək səviyyədə məişət şəraiti yaradılmış yataqxana ilə təmin edilirlər.

 

Qəbul üçün necə müraciət etməliyəm?

Akademiyaya daxil olmaq istəyən şəxslər dekabr ayının 10-dək ərizə ilə yaşayış yeri üzrə DTX-nin yerli orqanlarına (hərbi qulluqçular komanda üzrə raportla) müraciət etməlidirlər.

Akademiyaya qəbul imtahanları hansı dildə həyata keçirilir?

Akademiyaya qəbul imtahanları namizədin arzusu ilə Azərbaycan və ya Rus dilində verilə bilər

Akademiyada qiyabi təhsil həyata keçirilirmi?

Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının "Hüquqşünaslıq" ixtisası üzrə ali təhsil almasını təmin etmək məqsədilə Akademiyada qiyabi təhsil də həyata keçirilir.

Akademiyaya peşə seçiminin bütün tələblərinə cavab verən orta məktəb məzunları olan çağırışçılar, eləcə də respublikanın təhlükəsizlik orqanlarında xidmət edən, zabit hərbi rütbəsi olmayan orta və ya orta-ixtisas təhsilli hərbi qulluqçular qəbul oluna bilərlər.
Bəli. Akademiyaya qəbul olunmaq üçün aşağıdakı yaş hədləri müəyyən olunmuşdur:
- hərbi qulluqçular – 18 yaşından 23 yaşınadək;
- orta məktəb məzunları olan çağırışçılar – 17 yaşından 20 yaşınadək.
Bəli. Akademiyada təhsil alan kursantlar aylıq pul təminatı alırlar. Bundan əlavə, təhsildə yüksək müvəffəqiyyət qazanan, elmi-yaradıcılıq fəaliyyəti ilə məşğul olan və Akademiyanın ictimai həyatında fəal iştirak edən əlaçı kursantlara Heydər Əliyev adına təqaüd verilir.
Tədris prosesi yüksək ixtisaslı elmi-pedaqoji kadrlar, o cümlədən elmlər doktorları və fəlsəfə doktorları, DTX-nin rəhbər heyəti və yüksək ixtisaslı mütəxəssisləri, habelə uzun illər təhlükəsizlik orqanlarında xidmət etmiş təcrübəli zabitlər tərəfindən həyata keçirilir.
Akademiyanın kursantları tədrisdənkənar vaxtlarda ədəbi-bədii yaradıcılıqla məşğul olur, kütləvi idman tədbirlərində və müxtəlif idman yarışlarında iştirak edirlər. Kursantlar üçün elmi və özfəaliyyət dərnəkləri, şən və hazırcavablar klubu, intellektual oyun qrupları və s. təşkil olunur.
Akademiyanı bitirən məzunlara müvafiq ixtisas üzrə ali təhsil alması barədə dövlət nümunəli bakalavr diplomu, əməliyyatçı ixtisası alması barədə şəhadətnamə və leytenant ilk zabit hərbi rütbəsi verilir.
Bəli. Akademiya məzunları Dövlət Təhlükəsizliyi Xidmətinin orqanlarında ixtisasları üzrə işlə təmin olunurlar.
Müraciət edən namizədlər müəyyən olunmuş qaydada tibbi yoxlamadan keçdikdən və fiziki hazırlıq normativlərini ödədikdən sonra onlarla Akademiyada Mandat Komissiyası tərəfindən peşə seçimi ilə bağlı söhbət aparılır. Peşə seçimini müvəffəqiyyətlə keçmiş namizədlər Akademiyanın "Əməliyyat işçilərinin hazırlanması" və "İnformasiya təhlükəsizliyi" fakültələrinə ("Hüquqşünaslıq", "Dövlət təhlükəsizliyi və idarəetmə" və və "İnformasiya təhlükəsizliyi" ixtisasları üzrə) qəbul olunmaq üçün Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən test imtahanlarında I və III ixtisas qruplarına qəbul imtahanı verirlər. İmtahanlarda yüksək bal toplayan abituriyentlər Akademiyaya qəbul olunurlar.