logo

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin
Heydər Əliyev adına Akademiyası

18 Mart 2022, 17:00

DTX-nin Heydər Əliyev adına Akademiyasında “Yaşa, Azərbaycan!” adlı tədbir keçirilmişdir

Mart ayının 18-də DTX-nin Heydər Əliyev adına Akademiyasında (Akademiya) Novruz bayramı və 28 mart - Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı gününə həsr olunmuş “Yaşa, Azərbaycan!” adlı tədbir keçirilmişdir. Akademiyanın rəhbərliyinin, əməkdaşlarının və kursantlarının iştirak etdiyi tədbir açıq elan olunduqdan sonra xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və Dövlət Himni səsləndirilmişdir.
Daha sonra tədbirin rəsmi hissəsində məruzəçilər tərəfindən Novruz bayramının və Azərbaycanın təhlükəsizlik orqanlarının tarixi haqqında şəxsi heyətə məlumatlar verilmiş və hər iki əlamətdar günə həsr olunan videoçarxlar nümayiş etdirilmişdir.Tədbirin bədii hissəsi Akademiyanın əməkdaşlarının və kursantlarının hazırladığı konsert proqramı ilə davam etmişdir.
Sonda Akademiyanın rəisi şəxsi heyəti hər iki bayram münasibətilə təbrik edərək tədbirin iştirakçılarına və təşkilatçılarına təşəkkürünü bildirmişdir.