logo

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin
Heydər Əliyev adına Akademiyası

04 İyun 2025, 18:00

DTX-nin Akademiyasında repressiya qurbanlarına həsr olunmuş bədii gecə keçirilmişdir.

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasında (Akademiya) silsilə tədbirlərin keçirilməsi davam etdirilir.
Tədbirlər çərçivəsində iyun ayının 4-də Akademiyada “Repressiya qurbanlarının müstəqillik və suverenlik uğrunda mübarizəsi” mövzusunda bədii gecə keçirilmişdir. Akademiyanın rəhbərliyinin, əməkdaş və kursantlarının iştirak etdiyi tədbir açıq elan olunduqdan sonra Ümummilli Lider Heydər Əliyevin, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının və repressiya qurbanı olmuş ziyalılarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Dövlət Himni səsləndirilmişdir.
 Ardınca repressiya qurbanlarına həsr olunmuş videoçarx nümayiş etdirilmişdir.
Tədbirdə repressiya qurbanı olmuş vətənpərvər və maarifçi ziyalılarımızın Azərbaycan elminin və ədəbiyyatının, ümumilikdə mədəniyyətimizin tərəqqisindəki rolundan geniş bəhs olunmuş, onların yaradıcılığının xalqımızın azadlıq və müstəqillik ideyalarının formalaşmasına təsir etdiyi xüsusilə vurğulanmışdır. Tədbir kursantların hazırladığı repressiya qurbanlarına həsr olunmuş ədəbi-bədii kompozisiya ilə davam etdirilmişdir.