logo

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin
Heydər Əliyev adına Akademiyası

27 Sentyabr 2022, 15:00

DTX-nin Akademiyasında Anım Gününə həsr olunmuş tədbir keçirilmişdir

Sentyabr ayının 27-də DTX-nin Heydər Əliyev adına Akademiyasında (Akademiya) 27 Sentyabr – Anım Gününə həsr olunmuş “Zəfərə aparan yol” adlı tədbir keçirilmişdir. Tədbirdə Akademiya rəhbərliyi, əməkdaşları və kursantlar, eləcə də Vətən Müharibəsi qəhrəmanları iştirak etmişlər. Tədbir açıq elan olunduqdan sonra xalqımızın ümummilli lideri Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və Dövlət Himni səsləndirilmişdir.
Anım Gününə həsr olunan videoçarx nümayiş etdirildikdən sonra tədbirin rəsmi hissəsində Vətən Müharibəsi qəhrəmanları - Füzuli İmrəliyev, Saleh Həsənov və digər çıxış edənlər rəşadətli Azərbaycan Ordusunun Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərdən bəhs edərək, şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını və daim ehtiramla yad ediləcəyini vurğulayıblar.
Daha sonra tədbirin bədii hissəsi Akademiyanın kursantlarının hazırladığı ədəbi-bədii kompozisiya ilə davam etmişdir.
Sonda Akademiyanın rəisi general-mayor Allahverən İsmayılov 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbirdə iştiraklarına görə qonaqlara təşəkkürünü bildirmiş və onlara xatirə hədiyyələri təqdim etmişdir.