logo

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin
Heydər Əliyev adına Akademiyası

18 Mart 2022, 14:30

“Azərbaycanın dövlət təhlükəsizliyi strategiyası: problemlər və perspektivlər” mövzusunda dəyirmi masa keçirilmişdir

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasında (Akademiya) 18 mart  2022-ci il tarixdə Zoom platforması üzərindən onlayn formatda təhlükəsizlik orqanlarının yaradılmasının 103-cü ildönümünə həsr olunmuş “Azərbaycanın dövlət təhlükəsizliyi strategiyası: problemlər və perspektivlər” mövzusunda dəyirmi masa keçirilmişdir.
Tədbirdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və dövlətimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman övladlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
DTX-nin Akademiyasının rəisinin 1-ci müavini polkovnik-leytenant Elşad Nəsirov giriş nitqi ilə çıxış edərək Azərbaycanın təhlükəsizlik orqanlarının keçdiyi tarixi inkişaf yolu, eləcə də təhlükəsizlik orqanlarının formalaşmasında və inkişafında Ulu Öndər Heydər Əliyevin və Ali Baş Komandan cənab İlham Əliyevin əvəzsiz xidmətləri barədə tədbir iştirakçılarına ətraflı məlumat vermiş, dünyanın təhlükəsizlik sisteminə Azərbaycan Respublikasının verdiyi önəmli töhfələrdən bəhs etmişdir.
Tədbirdə, o cümlədən xüsusi təyinatlı ali təhsil müəssisələrinin rəhbər və professor-müəllim heyətinin məruzələri maraqla dinlənilmişdir.
15 mart  2022-ci il tarixdə həmçinin, Akademiyanın Kursant Elmi Cəmiyyəti təhlükəsizlik orqanlarının yaradılmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirmişdir. Həmin tədbirdə Elmi tədqiqatlar şöbəsinin, “İctimai siyasi fənlər” kafedrasının əməkdaşları və kursantlar iştirak etmişdir. Tədbirdə kursantlar təhlükəsizlik orqanlarının cümhuriyyət, sovet və müstəqillik dövrü barədə məruzələrlə çıxış edərək, mövzu ətrafında geniş fikir mübadiləsi aparmışlar. Sonda tədbir iştirakçılarına mövzuya dair videoçarx nümayiş etdirilmişdir.