logo

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin
Heydər Əliyev adına Akademiyası

26 May 2022, 13:00

Akademiyada 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilmişdir

May ayının 26-da DTX-nin Heydər Əliyev adına Akademiyasında (Akademiya) 28 May - Müstəqillik Gününə həsr olunmuş “Müstəqilliyimiz əbədidir!” adlı tədbir keçirilmişdir. Akademiyanın rəhbərliyinin, əməkdaşlarının və kursantlarının iştirak etdiyi tədbir açıq elan olunduqdan sonra xalqımızın ümummilli lideri Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və Dövlət Himni səsləndirilmişdir.
Daha sonra tədbirin rəsmi hissəsində məruzəçilər tərəfindən 28 May - Müstəqillik Gününün tarixi haqqında şəxsi heyətə məlumatlar verilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin cəmi 23 ay yaşamasına baxmayaraq Azərbaycanda dövlətçilik ənənələrinin, milli ruhun formalaşmasında mühüm rol oynadığını qeyd edən natiqlər, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilən uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycanın dövlət müstəqilliyinin siyasi və iqtisadi dayaqlarının möhkəmləndiyini, ölkəmizin regionun lider dövlətinə çevrildiyini vurğulamışlar.
Müstəqillik Gününə həsr olunan videoçarxlar nümayiş etdirildikdən sonra tədbirin bədii hissəsi Akademiyanın əməkdaşlarının və kursantlarının hazırladığı konsert proqramı ilə davam etmişdir.
Sonda Akademiyanın rəisi general-mayor Allahverən İsmayılov şəxsi heyəti bayram münasibətilə təbrik edərək keçirilən tədbirin əhəmiyyətini yüksək qiymətləndirmiş, iştirakçılara və təşkilatçılara təşəkkürünü bildirmişdir.