logo

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin
Heydər Əliyev adına Akademiyası

23 İyun 2021, 16:00

26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilmişdir

23 iyun 2021-ci il tarixdə Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasında (Akademiya) kursantların iştirakı ilə 26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbiri giriş nitqi ilə Akademiyanın baş müəllimi, Kursant Elmi Cəmiyyətinin sədri N.Məhərrəmov açıq elan etmişdir.

Sonra torpaqlarımızın düşmən işğalından azad olunması uğrunda canlarından keçən şəhidlərimizin unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Dövlət Himni səsləndirilmişdir.

Əvvəlcə Akademiyanın baş müəllimi N.Məhərrəmov çıxış edərək Ümummilli Lider Heydər Əliyevin 1993-cü il iyununda ölkəni dərin iqtisadi, siyasi böhrandan, acınacaqlı vəziyyətdən xilas etmək üçün ikinci dəfə siyasi hakimiyyətə qayıdışından, sülh və əmin-amanlığın bərpa edilməsi üçün mənfur düşmənlə atəşkəs əldə olunmasından bəhs etmişdir. Qeyd olunmuşdur ki, ölkədə sabitlik bərqərar edildikdən sonra bütün sahələrdə olduğu kimi ordu quruculuğu sahəsində də inkişafa nail olunmuş, Ulu Öndərin misilsiz xidmətləri və gərgin əməyi nəticəsində qısa zaman kəsiyində vahid komandanlıq prinsipi ilə idarə edilən nizami ordu yaradılmışdır. Diqqətə çatdırılmışdır ki, bu gün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin müdrik və uzaqgörən rəhbərliyi ilə yüksək maddi-texniki bazaya və yüksək döyüş qabiliyyətinə malik ordu formalaşmışdır. Bildirilmişdir ki, Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu 30 ilə yaxın müddət ərzində düşmən tapdağı altında qalan torpaqlarımızı işğaldan azad etmiş, əsgər və zabitlərimiz nümayiş etdirdikləri igidlik və şücaət ilə qəhrəmanlıq dastanı yaratmışlar. Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan Vətən müharibəsindəki şanlı Qələbənin qazanılmasında ordumuzun ən müasir silahlardan istifadə etməklə, qısa müddət ərzində düşmənin hərbi texnikasının böyük hissəsini və xeyli sayda canlı qüvvəsini məhv etdiyi vurğulanmışdır.

Sonra Akademiyanın kursantları - R.Ramazanov və R.Quliyev Ümummilli Lider Heydər Əliyevin əvəzsiz səyləri ilə nizami ordunun yaradılması, bu sahə üçün peşakar kadr hazırlığı istiqamətində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əhəmiyyətli və ölçüyəgəlməz tədbirlərin görülməsi, Azərbaycan ordusunun dünyanın ən güclü orduları arasında yer alması və Vətən müharibəsindəki qazanılmış parlaq Qələbə barədə çıxışlar etmişlər.

Tədbirin sonunda 26 iyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş videoçarx nümayiş olunmuşdur.